İstanbulun Bağcılar deyilən ərazisində iki qrup arasında silahlı toqquşma olub. Lent.az-ı məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Məlumatda deyilir ki, hadisə 4 nəfərin ölümü, 1 nəfərin isə yaralanması ilə nəticələnib. Hadisədə təqsirləndirilən avtopark işçisi həbs edilib.
Hadisənin ilkin səbəbləri də məlum olub. Belə ki, şəhərdəki avtoparkların birində iki qrup arasında baş verən mübahisə sonradan silahlı toqquşma ilə nəticələnib.
Şahidlər silahlı insidentlə bağlı polisə xəbər veriblər. Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Onu da qeyd edək ki, silahlı toqquşmada iştirak edənlərdən Mehmet Salih Şehirlinin 15, Muammer Şimşek, Abdullah Bilginin 14, Mert Yenicenin isə 16 yaşı var.