Bu gün qatı duman səbəbindən İstanbulda bütün dəniz səfərləri ləğv edilib.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, əgər qeyri-stabil hava şəraiti davam edərsə, sabah da dəniz reysləri ləğv oluna bilər.
Artıq bir neçə həftədir ki, Türkiyədə qeyri-stabil hava şəraiti davam edir. Bundan əvvəl də hava şəraiti ilə bağlı dəniz reysləri və aviareyslər ləğv olunub.