Dekabrın 17-də İstanbulda korrupsiya və rüşvətxorluqla bağlı əməliyyatdan 36 gün keçib. Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, İstanbul polis idarəsi asayiş şöbəsindən 36, narkotik şöbə müdirliyindən isə 35 polis tutduğu vəzifədən azad edilib və yerlərinə yeniləri təyin olunub.
Beləliklə ötən müddət 36 gün ərzində vəzifədən uzaqlaşdırılan polislərini sayı 806-ya çatıb. İş yerləri dəyişdirilən rütbəlilərlə birlikdə bu rəqəm 1612 olub.