Türkiyə Baş Prokurorluğu tərəfindən İstanbul valisi Hüseyin Mutlu, yeni əmniyyət müdiri Selami Altınok və maliyyə cinayətkarlığı üzrə mübarizə şöbəsinin rəisi haqqında təhqiqat başladıldığı iddia edilir.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, adı çəkilən şəxslər korrupsiya əməliyyatlarının ikinci dalğasında həbs ediləcək şəxslərə əvvəlcədən məlumat vermək və cinayət işi barədə məlumatları sızdırmaqda təqsirli bilinirlər.
Xəbərdə bildirilir ki, ikinci dalğada həbs ediləcək 30 nəfər şəxsə qabaqcadan bu barədə məlumat ötürülüb. Qeyd edilir ki, əməliyyatda saxlanılacaq şəxslərin siyahısı Polis İdarəsinə göndərilsə də, əməliyyat başlamayıb. Bunun ardınca isə Baş Prokurorluq Polis İdarəsinə xəbərdarlıq edib.
Xəbərdarlıqdan sonra isə prokurorluq İstanbul valisi, polis rəisi və şöbə müdiri ilə bağlı təhqiqat başladıb.