Hakimlər və Prokurorlar Yüksək Qurumu İstanbulun baş prokurorunun müavini Zəkəriyyə Özü Bakırköy baş prokurorluğuna təyin edib.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, qurum Z.Özlə bağlı «rüşvət və korrupsiya ittihamları»na əsasən araşdırma aparılması haqda qərar qəbul edib.
Qurum Zəkəriyyə Öz haqqında qəbul etdiyi qərarda daha sonra bildirilib: «İstanbulda rüşvət və korrupsiya ilə bağlı əməliyyat 6 ay öncə keçirilməli idi. Araşdırma ilə bağlı məlumatlar Milli Məhkəmə Sisteminə verilməyib».
Qərarda Z.Özün Dubayda bir tikinti şirkətinin dəvəti ilə tətildə olması da öz əksini tapıb.