İsrailin xarici işlər naziri istefa verib
14 dekabr 2012 23:13 (UTC +04:00)

İsrailin xarici işlər naziri istefa verib

0

İsrailin xarici işlər naziri Aviqdor Liberman istefa verəcəyini bəyan edib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, nazir istefasını ictimai etimaddan sui-istifadə ilə bağlı ona qarşı irləi sürülən ittihamlara cavab olaraq, verdiyi bildirib.

İsrailin baş prokuroru Libermana qarşı irəli sürülən «korrupsiya ittihamı ilə bağlı dəlillərin yetərli olmadığı» əsas göstərərək, bu işin bağlandığı haqda açıqlama verib.

«Mən cinayət törətmədiyimi bilirəm. Bununla belə baş nazirin müavini və xarici işlər naziri vəzifələrindən istefa verirəm» - deyə, rus dilli İsrail siyasətçisi Liberman bəyanatında vurğulayıb.

O, əlavə edib ki, tezliklə öz təmiz adını qaytaracağına əmindir.

 

Xatırladaq ki, bir müddət öncə Liberman ona qarşı ittihamlar fonunda istefa verməyəcəyini bildirmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 761

Oxşar yazılar