2010-ci ildə Aralıq dənizində Türkiyə vətəndaşlarının olduğu «Mavi Mərmərə»nin, «Azadlıq donanması»nın ələ keçirilməsi əməliyyatı nəticəsində həlak olanların ailəsinə İsrail hakimiyyəti 20 milyon dollar ödəmək istədiyini təklif edib.
Lent.az-ın «Lenta.ru»-ya istinadən məlumatına görə, «Frans press» bildirib ki, bu məsələ ilə bağlı münaqişənin tənzimlənməsi istiqamətində iki ölkə arasında danışıqlar 2013-cü ildən başlayıb. Ondan İsrailin baş naziri ABŞ-ın vasitəçiliyi ilə Türkiyədən üzr istədi.
Kompensasiya ilə bağlı tərəflərin razılığa gələ bilməməsi ucbatından sonrakı müddətdə proses dayanıb. İsrail qətlə yetirdiklərinə 15 milyon dollar təklif etdiyi halda, Türkiyənin 30 milyon dollar istədiyi bildirilib.
Müşahidəçilər ABŞ-ın vasitəçiliyi ilə Türkiyənin sonucu təklifi qəbul edəcəyi qənaətindədir.