İsraildə yeni hökuməti Netanyahu quracaq
01 fevral 2013 03:57 (UTC +04:00)

İsraildə yeni hökuməti Netanyahu quracaq

0

İsrail parlamentində çoxluqda olan partiya prezident Şimon Peresə yeni hökuməti qurmaq üçün baş nazir vəzifəsinə Binyamin Netanyahunu təqdim edib.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, dövlət başçısı onların təqdimatına əsaslanaraq, hökumət başçılığı B.Netanyahuya həvalə edəcək.

 

Qeyd edək ki, fevralın 2-də prezident rəsmi mərasimdə yeni kabineti formalaşdırmağı Binyamin Netanyahuya tapşıracağı gözlənilir.

 

Onun namizədliyini parlamentdə təmsil olunan 6 partiyanın 82 üzvü dəstəkləyib. Ölkə qanunlarına əsasən,yeni kabinetin təsdiqlənməsi üçün 120 deputatdan 61-inin səs yetərlidir.

 

Peresin seçdiyi deputat 28 gün ərzində hökuməti qurmalıdır.Bu müddət  42 günədək uzadıla da bilər.

 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 593

Oxşar yazılar