İsrailin paytaxtı Təl-Əvividə ikinci gündür mühacirlər çoxminli etiraz aksiyası keçirir.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Afrikadan olan həmin mühacirlər qaçqın statusu tələb edir.
Yanvarın 6-da onlar İsraildəki xarici dövlətlərin səfirliklərinin binası qarşısında «Həsbxanaya yox!», «Biz qaçqınıq!» şüarları ilə etiraz yürüşü keçirib.
ABŞ və başqa dövlətlərin səfirliklərinə onlara qaçqın statusu verilməsi ilə bağlı məktubla müraciət ediblər.
İsrailin daxili işlər naziri Gideon Saar bildirib ki, qaçqın statusu almaq istəyənlərin çoxu qaçqın deyil.
İsrail hakimiyyətinin dəyərləndirməsinə əsasən, 60 minə yaxın Afrika sakini yəhudi dövləti ərazisinə qanunsuz yolla daxil olub.
Mənbə xatırladıb ki, iki həftə öncə afrikalı mühacirlər Təl-Əvivdə yürüşü keçirərək, İsrail həbsxanalarındakı üç minə yaxın miqrantın sərbəst buraxılmasının tələb etmişdi.