İsraildə bəzi kosmetik mallar yasaqlanır
31 dekabr 2012 04:52 (UTC +04:00)

İsraildə bəzi kosmetik mallar yasaqlanır

2013-cü il yanvarın birindən İsraildə istehsalı zamanı heyvan üzərində sınaqdan çıxarılmış kosmetik, məişət kimyəvi malların idxalı və satışı qadağan ediləcək.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, yasaq tibbi məqsədlə istifadə olunan mallara şamil edilmir.

Xatırladaq ki, 1998-ci ildə Britaniya Birliyi «etik kosmetika» Standartını təsdiqləyib. 5 il sonra bu kimyəvi məişət mallarına da tətbiq olunub. 5 il müddətinə heyvanlar üzərində sınaqdan çıxarılmayan mallar «etik» sayılıb.

2013-ci ildən «qeyri-etik» kosmetik malların Avropada da yasaqlanacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1276

Oxşar yazılar