Təl-Əvivdəki ikimərtəbəli «penthaus»a İsrail və Kanada vətəndaşı olan iş Adamı Silvan Adams 34 milyon dollardan çox ödəyib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Globes» xəbər yayıb.
Bu İsraildə mənzil sövdələşməsi ilə bağlı ən bahalı alver sayılır.
Mənzilin ümumi sahəsi min kv.metrdir. Onun 300 kv. metri eyvandır.