Netanyahu atəşin 12 saat dayandırılacağını bildirib - <span style="color:red;">YENİLƏNİB
26 iyul 2014 02:22 (UTC +04:00)

Netanyahu atəşin 12 saat dayandırılacağını bildirib - YENİLƏNİB

0

İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağında atəşin 12 saat kəsilməsi ilə bağlı açıqlama verib.

 

Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, İsrail hərbçiləri iyulun 26-da (yerli vaxtla saat 07.00) Qəzza zolağında xüsusi hərbi əməliyyatı dayandıracaq. 

***

01.17

ABŞ-ın dövlət katibi Con Kerri Qahirədəki çıxışında bəyan edib ki, İsrailin baş naziri Binyamin Netanyahu 12 saatlığına atəşkəsə prinsipal olaraq, razılıq verib.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu prosesin başlayacağı vaxt hələlik bilinmir.

 

Con Kerri əlavə edib ki, İsrail və  “HƏMAS” atəşin kəsilməsi, kompromis yolların axtarılması, uzun müddətli sülhün təmin edilməsi haqda onun irəli sürdüyü təklif qəbul etməyiblər.

 

Mənbə bildirib ki, Misir rəhbərliyi dövlət katibi tərəfindən irəli sürülən sülh təşəbbüsü ilə razılaşıb.

 

Bununla belə nazirlər təşəbbüsün detallarını müzakirə etməyə hazır olduqlarını bildirib.

 

Xatırladaq ki, İsrail ölkə ərazisinin raketdən atəş tutulmasına son qoymaq məqsədi ilə iki həftədən artıqdır Qəzza zolağında hərbi əməliyyat keçirir.

 

“BBC” xatırladıb ki, son 15 gündə azı 649 fələstinli ölüb, İsrail ordusunu 32 hərbçisi həlak olub.

 

BMT təmsilçisi Qəzza zolağında ölənlərin 74 faizinin uşaq olduğunu təsdiqləyib. Bu məlumatı Fələstin tərəfi yayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1006

Oxşar yazılar