İsrail prezidenti Şimon Peres İnternet vasitəsi ilə yəhudi dövləti ərazisindəki 215 məktəbin 9 min şagirdi üçün ictimaiyyətdən dərs keçib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu göstərici ilə o, «Ginnesin rekordları» kitabına düşüb.
Peres Təl-Əvivin şimalında, Netaniya şəhərində yerləşən kompüter şirkətlərindən birinin mənzil-qərargahından dərs verib. Dərs prosesini izləmək üçün «Ginnesin rekordları» kitabının prezident müavini Marko Friqatti İsrailə səfər edib.
«Rekord üçün 5 min şagird yetərli idi»-deyə, o, bildirib