İsrail hakimiyyəti Fələstin muxtariyyəti ərazisində yəhudilər üçün 1400-dən artıq yeni ev tikməyi planlaşdırdığını bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, yeni yaşayış binalarından 800 İordan çayının Qərb sahilində, 600-ü isə Şərqi Qüdsdə tikiləcək.
Mənbə xatırladıb ki, hazırda yarım milyona yaxın yəhudi İordan çayının Qərb sahilindəki 200-dən artıq yaşayış məntəqəsində, o cümlədən Şərqi Qüdsdə yaşayır.