Maliyyə böhranının başladığı 2008-ci ildən bəri İspaniyada banklar kredit borcuna görə 400 mindən çox evi müsadirə edib.
Lent.az-ın “Euronews”-a istinadən məlumatına görə, belə bir durum ölkədə intihar hallarının kəskin şəkildə artmasına səbəb olub. Vəziyyətin nəzarətdən çıxdığını görən İspaniya hökuməti evləri əllərindən alınmış adamların yaşayış şəraitini yaxşılaşdırmaq üçün hərəkətə keçmiş, bankların ixtiyarında olan 6 min ev ciddi ehtiyacı olan şəxslərə ucuz qiymətə kirayə verilib.
Ancaq evlərini itirən şəxslərin yüz minlərlə olduğunu nəzərə alan mütəxəssislər hökumətin bu planını “dəryada damla” hesab ediblər.