İspaniya baş nazirinin korrupsiya ilə bağlı vədi
20 yanvar 2013 04:22 (UTC +04:00)

İspaniya baş nazirinin korrupsiya ilə bağlı vədi

İspaniya hökumətinin başçısı Mariano Raxoy partiyasının keçmiş xəzinədarının İsveçrə bankında milyonlarının olduğunu biləndən sonra korrupsiyaya qarşı sərt mübarizə aparacağını bəyan edib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, istintaq nəticəsində məlum olub ki, Xalq Partiyasının keçmiş xəzinədarı Luis Barsenasın İsveçrə banklarındakı hesabında 25 milyon dollardan artıq pul var.

 

Barsenas vəkili vasitəsi ilə korrupsiyada suçlandırılması ilə bağlı bütün ittihamları rədd edib.

 

Büdcə defisitini ixtisar edilən, dövlət xərcləri azaldılan, 25 faizə yaxın işçi qüvvəsinin işsiz qaldığı İspaniyada bu olay böyük qalmaqala səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554
avatar

Oxşar yazılar