İŞİD Yəməndəki terrora görə məsuliyyəti öz üzərinə götürdü
19 dekabr 2016 07:42 (UTC +04:00)

İŞİD Yəməndəki terrora görə məsuliyyəti öz üzərinə götürdü

0

İŞİD terror qruplaşması  Yəmənin Ədən şəhərində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, qruplaşma partlayışın terrorçu-kamikadze Əbu Həşim əl-Rədfani tərəfindən törədildiyini açıqlayıb.

 

Terrorçu-kamikadze dekabrın 18-də Ədənin şimal-şərqində, hərbi bazada üzərindəki partlayıcı qurğunu işə salıb. İlkin olaraq, hadisə nəticəsində 49 nəfərin öldüyü, 39 nəfərin yaralandığı bildirilirdi. Yerli mənbələr terror aktı nəticəsində ölənlərin sayının 70-ə çatdığını bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar