Türkiyədə serial çəkilişi zamanı insident baş verib. Lent.az-ın "Axşam" qəzetinə istinadən verdiyi məlumata görə, özlərini İŞİD tərəfdarları kimi təqdim edən bir qrup şəxs ATV telekanalı üçün çəkilən “Kaçak” serialının personalına hücum edib. Olay İstanbulun Kandil bölgəsindəki çəkiliş meydançasında baş verib. İnsident zamanı çəkiliş truppasının bir neçə üzvü xəsarət alıb.
Qeyd edək ki, "Kaçak" serialında baş rolu "Kurtlar Vadisi"ndən Memati obrazı ilə tanınan Gürkan Uyqun oynayır. Olaya gəlincə, dəmir parçaları ilə silahlanan şəxslər çəkiliş meydançasına mikroavtobusla daxil olandan sonra oradakıları hədələyiblər və həmin ərazidə serial çəkilişinə icazə verməyəcəklərini deyiblər.
Aparılan araşdırmalardan sonra insidenti yaradan şəxslərin bir qrup gənc olduğu və onların sərxoş vəziyyətdə olması üzə çıxıb.
Dava zamanı həmin şəxslərin öz aralarında "Mematiyə əl vurmayın, qalanlarını özünüz bilərsiz" deməsi diqqətdən yayınmayıb.