İŞİD qüvvələri türkmən qəsəbəsi Tuzhurmatını da ələ keçirdi
18 iyun 2014 09:59 (UTC +04:00)

İŞİD qüvvələri türkmən qəsəbəsi Tuzhurmatını da ələ keçirdi

İŞİD qruplaşması türkmən qəsəbəsi Tuzhurmatını da ələ keçirib.

 

APA TV-nin məlumatına görə, Səlahəddin şəhərinə bağlı Tuzhurmatının girişindəki üç kənd bir neçə gün davam edən atışmadan sonra tam şəkildə İŞİD-in nəzarətinə keçib. Əsas döyüşlər əhalisi türkmənlərdən ibarət Çardaxlı, Biravçılı və Karanaz kəndlərində gedib. İŞİD mühüm strateji nöqtələrdə yerləşən bu kəndləri ağır artilleriyadan sürəkli atəşə tutub. Kənd sakinləri İŞİD-ə qarşı iki saatdan artıq müqavimət göstərsələr də, sursatları qurtardığına görə kəndləri tərk etməli olublar. Hücum nəticəsində türkmən kəndlərində ölənlərin olduğu bildirilir. Artıq Tuzhurmatı qəsəbəsinin sakinləri kütləvi şəkildə qəsəbəni tərk etməyə başlayıblar. MHP parlament fraksiyasının rəhbəri Yusuf Halaçoğlu Tuzhurmatının İŞİD-in əlinə keçdiyini təsdiqləyib. O, sosial şəbəkələrdə yaydığı məlumatda İŞİD-in Tuzhurmatıya girdiyini, 150 min türkmənin qəsəbəni tərk edərək daha təhlükəsiz ərazilərə üz tutduğunu vurğulayıb.
 
Qeyd edək ki, İŞİD bundan əvvəl türkmən şəhəri Telaferi də ələ keçirmiş, burada 5 mindən artıq türkməni qətlə yetirmişdi.  Telaferdən qaçan türkmənlər Sancar şəhərində özlərinə sığınacaq tapıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1032
avatar

Oxşar yazılar