ABŞ-da irqçiliyə qarşı tanınmış mübariz Ceyms Hud 71 yaşında vəfat edib.
Lent.az-ın məlumatına görə, o, tarixə Alabma Universitetinii ilk qara dərili tələbəsi kimi düşüb.
1963-cü ildə Ceyms Hud dostu ilə birlikdə universitetə daxil olmaq istəyib. Bu istəyini gerçəkləşdirmək üçün ona Alabama ştatının qubernatoru Corc Uollas şəxsən mane olub. Həmin gecə o vaxtkı prezident Con Kennedi universiteti qubernatorun hüquqi tabeliyindən çıxararaq, ona federal statusu verilməsinə dair fərman imzalayıb.Bununla da Ceyms Hud öz arzusuna çatıb.
Uollas öz davranışını belə izah etmişdi:«Afroamerikalıların universitetə daxil olmasından ehtiyat edir, ştatda etirazların baş verəcəyindən çəkinirdim».
1963-cü ildə baş verənlərin xatirəsinə Alabama universitetinin divarında Hudun portreti altından onun fikri yazılıb:«Əgər bir nəfər dəyişiklik etməyə hazırdırsa, o, şəraiti dəyişə bilər».