İrəvanda etiraz aksiyası: “Gömrük İttifaqına yox!”
29 dekabr 2013 04:32 (UTC +04:00)

İrəvanda etiraz aksiyası: “Gömrük İttifaqına yox!”

Dekabrın 28-də “Milli öz müqəddəratını təyin etmə” birliyinin sədri Paruyr Ayrikyan və onun tərəfdarları Ermənistanın Gömrük İttifaqına daxil olmasına qarşı etiraz aksiyası keçiriblər.


 

Yürüş İrəvanın Azadlıq meydanından başlayaraq paytaxtın mərkəzi küçələrini əhatə edib.

 

Aksiya iştirakçıları Gömrük İttifaqına qarşı  “Rusiya imperiyasına yox”, “Gömrük İttifaqına yox! Yaşasın azad və müstəqil Ermənistan !”, “Mən avropalıyam!” və s. şüarlar səsləndiriblər.

 

Paruyr Ayrikyanın sözlərinə görə, vəziyyəti dəyişmək hələ ki mümkündür. “Bu gün Ermənistanı ermənilərdən təmizləmək, vətənə qarşı ümidsizlik yaratmaq siyasəti aparılır. İndi onlar Yeni ili qeyd edirlər, ancaq bir neçə həftədən sonra dərin depressiya başlayacaq” -  deyə, P.Ayrikyan bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605
avatar

Oxşar yazılar