İstanbuldan Bəsrəyə uçan Türkiyəyə məxsus təyyarə pis hava şəraiti üzündən Küveytə təcili eniş etdikdən sonra pilotlar salonda olan iraqlıların hücumuna məruz qalıblar. Lent.az-ın “Əl-Vətən” qəzetinə istinadən məlumatına görə, Küveyt hava limanında bir müddət gözlədikdən sonra pilot İraqda havanın get-gedə pisləşməsi səbəbindən İstanbula qayıtmağın lazım gələcəyini bildirib.
Bu zaman təyyarədəki 15 iraqlı sərnişin etiraz etməyə başlayıb. Pilot isə hava limanının təhlükəsizlik xidməti əməkdaşlarını təyyarəyə çağırıb. Mühafizəçilər sərnişinləri sakitləşdirib təyyarəni tərk etdikdən sonra iraqlılar yenidən ayağa qalxaraq, ekipaj üzvlərinə hücum ediblər. Kapitan yenidən xidmət əməkdaşlarını köməyə çağırıb. Mühafizəçilər iraqlıları təyyarədən endiriblər və Bəsrəyə gedən başqa bir təyyarəni gözləmələri üçün hava limanının otelinə aparılıblar.