İraqın tanınmış siyasilərindən Müqtəda əl-Sədr sensasiya yaradacaq addım atıb.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, o, ölkədəki siyasi və ictimai sahədə fəaliyyət göstərən bütün ofislərinin qapadılmasını istəyib.
Bu il aprelin 30-da İraqda parlament seçkilərinin keçiriləcəyi planlaşdırılıb. Seçkilər üç ay qalmış o, siyasətdən getdiyini bəyan edib. Əl-Sədr internetdəki öz saytındakı açıqlamasında bildirib ki, undan sonra siyasətlə maraqlanmayacaq, parlament seçkilərində iştirak etməyəcək, qurulacaq hökumətlərə ortaq olmayacaq.
O, siyasətdən getməsi qərarını ailəsini, adını və etibarını qorumaq üçün qəbul etdiyini bildirib.
Bununla belə Sədr hərəkatına bağlı media qurumları fəaliyyətini davam etdirəcək.
Onun təşkilatı İraqın hazırkı baş naziri Malikinin hökumətinə ortaq idi.