İraqın Şimalındakı kürd bölgəsini başçısı Məsut Barzani kürd yaraqlılarının (“peşmərgələr”) ən qısa zamanda yeni və modern silahla silahlanacaqlarını bildirib.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, o, İraqın şimalındakı kürd yaraqlı qüvvələrinin komandirləri ilə görüşüb.
M.Barzani görüş zamanı kürd yaraqlılarının xidmətindən və onların «rəşadətindən» danışıb.