İraq siyasətçisi Türkiyəni sərt şəkildə ittiham edib. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, adıçəkilən ölkənin baş naziri Nuri Əl Malikinin rəhbəri olduğu Hüquq Dövləti Koalisiyasının qabaqcıl siyasətçilərindən olan Əbdül əl Halim əl Rəhimi Türkiyəni Mosul torpaqlarına göz dikməkdə günahlandırıb. Rəhimi İranın “Mehr” informasiya agentliyinə verdiyi açıqlamada Əl Anbar vilayətində hökumətə qarşı keçirilən etiraz aksiyalarının arxasında Səudiyyə Ərəbistanı-Türkiyə-Qətər üçlüyünün olduğunu qeyd edib: "Əl Anbarda etiraz nümayişlərində iştirakçılar əllərində "əl-Qaidə" ilə əlaqəsi olan Əl Nusra Cəbhəsi, Azad Suriya Ordusu və Səddam Hüseyn ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın foto və bayraqlarını daşıyırdılar”.
İraq siyasətçisi Türkiyəni baş naziri Rəcəb Tayyip Ərdoğanı da ittiham etməkdən belə çəkinməyib: “Ərdoğanın məqsədi iraqlı bəzi siyasətçilərin köməyi ilə Mosulu Türkiyəyə birləşdirməkdir”.
Rahimi Ərdoğanın Osmanlı İmperiyasını yenidən canlandırma xəyalları qurduğunu söyləyərək, onun Türkiyədə ən nifrət edilən siyasətçi olduğunu bildirib.