İraqın Tikrit şəhərindəki «Səlahiddin» adlı yerli televiziyanın binasına intiharçı və yaraqlılar basqın edib. Lent.az-ın «BBC»y-ə istinadən məlumatına görə, intiharçının özünü partlatması nəticəsində telekanal 4 kişi və bir qadının həlak olduğunu bildirib: şef –redaktor, ədəbi redaktor, prodüsser, aparıcı və arxiv müdiri.
Təhlükəsizlik qüvvələrinin məlumatına əsasən, hücum edən yaraqlılar televiziyanın binasından çıxarılıb, TV-nin əməkdaşları girovluqdan azad edilib.
Mənbə bildirib ki, son 3 ayda İraqda hücum zamanı 9 jurnalist həlak olub.