Bir gündə İraqın müxtəlif ərazilərində terror aktları törədilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt Bağdadda “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəsi olan qruplar tərəfindən törədilən terror aktları 26 nəfərin ölümü ilə nəticələnib.
Hüquq-mühafizə orqanlarından verilən açıqlamada qeyd olunur ki, avtomobillərə quraşdırılan bombalar əsasən əhalinin sıx olduğu ərazilərdə - bazarlarda və dövlət idarələrinin qarşısında törədilib.