İraq hökuməti Ənbar əyalətində sünni təriqətinə mənsub silahlılara qarşı hərbi əməliyyatlara başlayıb. Əyalətin qiyamçıların nəzarətində olan əraziləri bombalanır.
Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, hökumət qüvvələri Fəlluca və Rəmadi şəhərlərinin bəzi məhəllələrini ələ keçiriblər. Ənbar əyaləti şiələrin nəzarəti altındadır. Açıq silahlı toqquşmalar İraq güc strukturlarının əyalətdə sünnilərə məxsus düşərgəni dağıtmasından sonra başlayıb.
Qeyd edək ki, ötən il ərzində İraqda 7818 dinc sakin həlak olub, 17981 nəfərin isə yaralanıb.