İraq hüquq-mühafizə orqanları hökumət əleyhinə aksiyaları dəstəkləyən sünni deputat Ahməd əl Alvani in Ramadini həbs ediblər.
APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, həbs zamanı deputatın ətrafındakı şəxslər müqavimət göstərib. Nəticədə onun qardaşı və 5 mühafizəçisi öldürülüb, 18 nəfər yaralanıb. Yaralılardan 10-u polisdir. Əməliyyat zamanı avtomat silahlar və qumbaraatanlardan istifadə olunub.
Qeyd edək ki, İraqda son vaxtlar sünnilər və hökumətə nəzarət edən şiələr arasında münaqişə kəskinləşib.