APA-nın “Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, Əl-Fəluca və Ər-Rəmadi şəhərlərində silahlı toqquşmalar davam edir.
Yerli mənbələrin məlumatına əsasən, gün ərzində 32 dinc sakin və üsyançıları dəstəkləyən “İraq və Levantedə İslam Dövləti” qruplaşmasının 71 silahlısı həlak olub.
Hökumət qüvvələri arasında ölən və xəsarət alanların sayı barədə məlumat verilmir.