İraqda partlayış: ölənlərin sayı 70-i keçib
15 yanvar 2014 21:15 (UTC +04:00)

İraqda partlayış: ölənlərin sayı 70-i keçib

Yanvarın 15-də  İraqda  törədilən ardıcıl partlayışlar nəticəsində həlak olanların sayı 73 nəfər çatıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda «Frans press» xəbər yayıb.

 

Mənbə bildirib ki, partlayış nəticəsində azı 128 nəfər yaralanıb.

 

Partlayışlar  paytaxt Bağdadın yaxınlığında Şatub kəndi və Bakuba şəhərində törədilib.

Baş nazir Nuri al Maliki  dünya ölkələrini terrorçuluqla mübarizədə İraqa kömək etməyə çağırıb.

Son vaxtlar İraqda zorakılığın artdığı müşahidə olunur. Yaraqlılar Ranadi və Fəlluca şəhərlərini ələ keçirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 743

Oxşar yazılar