İraqda keçirilən özəl hərbi əməliyyat nəticəsində «əl-Qaidə»-nin təlim bazası məhv edilib.
Lent.az-ın «gazeta.ru»-ya istiadən məlumatına görə, bu haqda «The daily star» qəzeti xəbər yayıb.
Mənbə bildirib ki, əməliyyat ölkənin qərb əyaləti Ənbərdə, Suriya və İordaniya ilə həmsərhəd bölgəsində həyata keçirilib.
Öldürülənlərin sayı haqda məlumat verilməyib.
Hakimiyyətin qənaətincə, oradan yaraqlılar sərbəst şəkildə ölkələr arasında hərəkət edə bilir.