İraqda “Əl-Qaidə”nin “Qafqazlı” ləqəbli lideri öldürülüb
07 yanvar 2014 17:11 (UTC +04:00)

İraqda “Əl-Qaidə”nin “Qafqazlı” ləqəbli lideri öldürülüb

İraqda “Əl-Qaidə” ilə əlaqəli olan “İraq və Levantada islam dövləti” adlı radikal dini qruplaşmasının liderlərindən biri, daha çox “Qafqazlı” ləqəbi ilə tanınan Əbu Tafil qətlə yetirilib.


 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Sky News Arabia” peyk telekanalı xəbər yayıb.

 

“Qafqazlı” ləqəbli Əbu Tafil “Əl-Fəluca əmiri” kimi tanınan Abdulla əl-Canabidən sonra “İraq və Levantada islam dövləti” qruplaşmasında ikinci adam sayılırdı. Qeyd edək ki, İraqın qərbindəki Əl-Anbar əyalətində həyata keçirilən antiterror əməliyyatı zamanı Ə.Tafil ilə yanaşı A.Əl-Canabi də qətlə yetirilib.  

 

Son günlər Əl-Anbar əyalətinin Əl-Faluca şəhərində İraq ordusu və özünümüdafiə sünni batalyonunun döyüşçüləri ilə “İraq və Levantada islam dövləti” qruplaşması arasında  döyüşlər gedir. Ordu şəhərə genişmiqyaslı hücuma hazırlaşır. Bu üzdən də yerli sakinlər Əl-Falucadan təxliyə edilir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1217
avatar

Oxşar yazılar