İraqda 44 deputat istefa verib
31 dekabr 2013 01:43 (UTC +04:00)

İraqda 44 deputat istefa verib

İraqda 44 deputat istefa verib. Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, buna səbəb ölkə təhlükəsizlik xidməti əməkdaşlarının etirazçıların çadırlarını sökməsi göstərilib.

 

Mənbə bildirib ki, hakimiyyət Ər-Ramadi şəhərindəki çadırı söküb. Bu düşərgə keçmiş maliyyə naziri, ötən il həbs edilmiş Ayfan Səədun əl-Əsavinin müdafiəsi məqsədi ilə qurulubmuş.

 

44 deputat çadırların sökülməsinə etirazla yanaşı, ötən həftənin sonunda tutulmuş, deputat Əhməd əl-Əlavninin də sərbəst buraxılmasını tələb ediblər.

 

Çadır sökülən zaman yaraqlılarla təhlükəsizlik xidməti əməkdaşları arasında atışma olub. Nəticədə 10 yaraqlının öldürüldüyü bildirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655
avatar

Oxşar yazılar