Beynəlxalq ictimaiyyətin çağırışına baxmayaraq, İraq hakimiyyəti 26 nəfəri terrorçuluqda ittiham edərək, edama hazırlaşır.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, beynəlxalq ictimaiyyət rəsmi Bağdadı ölüm hökmünün icrası ilə bağlı moratorium qəbul etməyə cağırıb.
Müxaliflər isə bildirib ki, məhkəmə hökmlərinin çoxu siyasi motivlidir və hakimiyyəti işgəncə, zorakılıq tətbiqi ilə onlardan « günahlarını etiraf etməyə məcbur edir».
Beynəlxalq hüquq müdafiə təşkilatı «Human Rights Watch» hesabatında bildirib ki, 2013-cü ildə İraqda azı 151 nəfər edam olunub.
Bu hökmlərin icrasına görə Çin və İran liderdir.