İraqın neft naziri Abdul Kərim Luaibi ölkəsinin şimalından qaçaq yolla neft ixrac olunduğunu bildirib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, nazir həmin neftin Türkiyə ərazisindən daşındığını iddia edib.
Qəzetçilərə açıqlamasında o, bildirib ki, bu səbəbdən Türkiyə şirkətlərinin boykot edilməsi və bu ölkənin şirkətləri ilə müqavilələrin ləğv edilməsi də daxil olmaqla sanksiya hazırlayırlar.
Nazir onu da vurğulayıb ki, rəsmi Bağdadın icazəsi olmadan İraqın Şimalından Türkiyəyə neft tədarük edən şirkətlər də sanksiya siyahısına düşə bilər.