Yanvarın 30-da iranlı iş adamlarının Gürcüstana səfəri planlaşdırılıb. Lent.az-ın İranın informasiya vasitələrinə istinadən məlumatına görə, Acarıstan ticarət-sənaye palatasından bildirilib ki, iranlı iş adamlarından ibarət nümayəndə heyətinə Güney Azərbaycanın Əhər şəhəri ticarət palatasının sədri başçılıq edəcək. Onlar bölgənin sərmayə mühiti ilə tanış olacaq.
Səfər çərçivəsində yerli tacirlərin iranlı qonaqları kənd təsərrüfatı və bölgədəki sənaye müəssisələri ilə də tanış edəcəkləri nəzərdə tutulub.