İranın xarici işlər naziri Əli Əkbər Salehi gələn həftə Misirə səfər edəcək. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 3 günlük səfəri çərçivəsində iranlı nazir Misirin xarici işlər naziri Məhəmməd Kamil Amru ilə görüşəcək. Səfər zamanı iki ölkə arasındakı münasibətlər, Suriyadakı vəziyyət, həmçinin Fələstinlə bağlı məsələ də müzakirə olunacaq.
Qeyd edək ki, bu, İran xarici işlər nazirinin prezident Məhəmməd Mursinin hakimiyyətə gəlişindən sonra Qahirəyə ilk səfəridir.