İranla danışıqlar fevralda keçiriləcək
01 fevral 2014 05:41 (UTC +04:00)

İranla danışıqlar fevralda keçiriləcək

İranın atom-nüvə proqrammı üzrə danışıqların növbəti mərhələsi fevralın 18-də Vyanada keçiriləcək.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda Avropa Birliyinin ali komissarı Ketrin Eşton Münhendə İranın xarici işlər naziri Məhəmmədcavad Zəriflə görüşdən sonra açıqlama verib.

 

İran təmsilçiləri keçiriləcək  həmin görüşdə ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin nümayəndələri iştirak edəcək. Bu İrana tətbiq edilən sanksiyaların yumşaldılması ilə bağlı noyabrda keçirilən görüşdən sonra ilk toplantı olacaq.

 

Həmin danışıqlar zamanı əldə edilən razılıq yanvarın 20-dən qüvvəyə minib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 427
avatar

Oxşar yazılar