İranla «altılıq» dövlətləri arasında İslam Respublikasının nüvə problemi ilə bağlı danışıqların növbəti mərhələsi başa çatıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, tərəflər 2013-cü ilin noyabrında Cenevrədə əldə edilmiş razılığın gerçəkləşdirilməsi ilə bağlı mübahisəli məsələləri həll edib.
Bundan sonra İran və «altılıq» təmsilçiləri öz ölkələrinin rəhbərliyi ilə razılaşmanın həyata keçirilməsini məsləhətləşəcək.
Xatırladaq ki, Cenevrədə əldə edilmiş anlaşmaya əsasən, İran uranı 5 faiz səviyyəsində zənginləşdirməyə razılıq vermişdi. Bunun qarşılığında Qərb Tehrana qarşı tətbiq etdiyi sanksiyaları yumşaltmağı boyun olmuşdu. Habelə razılaşmanı yerinə yetirəcəyi halda İran hakimiyyətinə 7 milyard dollarlıq yardımın hissə-hissə veriləcəyi də nəzərdə tutulub.