İranla «altılıq»-ın təmsilçiləri dekabrın 30-da görüşəcək
28 dekabr 2013 23:49 (UTC +04:00)

İranla «altılıq»-ın təmsilçiləri dekabrın 30-da görüşəcək

İranla «altılıq» arasında Tehranın nüvə problemi ilə bağlı danışıqlar dekabrın 30-da Cenevrədə keçiriləcək.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, b haqda Avropa Birliyinin ali komissarı Ketrin Eştonun təmsilçisi Maya Kosyançiç açıqlma verib.

 

İran xarici işlər nazirinin müavini Abbas Əraqçinin sözlərinə görə, İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında növbəti ekspert səviyyəsindəki danışıqlarda  Cenevrədəki razılaşmanın həyata keçirilməsi yolları haqda fikir mübadiləsi aparılacaq.

Abbas Əraqçi bildirib ki, indiyə qədər ekspert səviyyəsindəki danışıqlarda irəliləyiş az olub: «Elə buna görə də hesab edirik ki, qarşılıqlı etimadın yaranması üçün müzakirə tərəfləri Cenevrə razılaşmasının icrası üçün diqqət, ciddilik və səmimilik nümayiş etdirməli, hər hansı anlaşılmazlığın ortaya çıxmasına yol verməməlidir».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370
avatar

Oxşar yazılar