İranla «altılığ»ın  danışığı bərpa ola bilər
05 yanvar 2013 06:16 (UTC +04:00)

İranla «altılığ»ın  danışığı bərpa ola bilər

Tehran hakimiyyəti dünyanın altı aparıcı dövləti ilə öz nüvə proqramına dair danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

 

Lent.az-ın  «nyusru»-ya istinadən məlumatına görə, bu görüş yanvarda gerçəkləşə bilər, ancaq danışıqların keçiriləcəyi yer və tarix hələ ki açıqlanmayıb.

 

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Səid Cəlili “altılıq” dövlətləri ilə Tehranın nüvə proqramına dair danışıqların növbəti raundunun yanvarda keçiriləcəyini təsdiq edib. 

 

Qeyd edək ki, “altılığa” ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin daxildir.

 

2012-ci ildə İranla “altılıq” dövlətləri arasında üç raund – İstanbulda (aprelin 14-də), Bağdadda (mayın 23-24-də) və Moskvada (iyunun 18-19-da) danışıqlar keçirilib. Danışıqların hamısı  ciddi nəticə əldə edilmədən başa çatıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423
avatar

Oxşar yazılar