İranın Xəzər üzrə təmsilçisi Türkmənistana gedib
27 dekabr 2013 02:47 (UTC +04:00)

İranın Xəzər üzrə təmsilçisi Türkmənistana gedib

Xəzər məsələsi üzrə İranın xüsusi yeni təmsilçisi, ölkə xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 26-da Türkmənistana səfər edib.

 

Lent.az-ın İranın informasiya vasitələrinə istinadən məlumatına görə, o, Türkmənistanda yerli rəsmilərlə görüşdə iqtisadi, siyasi, mədəni və humanitar məsələləri müzakirə edib.

İ.Rəhimpur heyətlə birlikdə Türkmənistanda bir sıra dövlət müəssisələrində olub. Onlar iki ölkənin birgə gerçəkləşdirdiyi «Dostluq» su anbarı, Tegen-Sərxas-Məşhəd dəmiryol, eləcə də Balkanabad – Əliabad elektrik ötürücü xəttinin vəziyyəti ilə də maraqlanıblar.

Tərəflər elektrik daşıyıcılarının ticarəti sahəsində bir neçə layihə həyata keçirib : Körpəcə - Qurdquyu və Dövlətabad – Sərxas –Xangəran qaz kəməri.

Mənbə xatırladıb ki, son zamanlar Türkmənistandan İrana ötürülən təbii qazın həcmi artıb.

Onu da qeyd edək ki, İbrahim  Rəhimpur bu yaxınlarda ölkəsinin Xəzər məsələləri üzrə özəl təmsilçisi təyin edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar