İranın xarici işlər naziri Türkiyədə rəsmi səfərdədir. Lent.az-ın APA-ya istinadən məlumatına görə, Məhəmmədcavad Zərif türkiyəli həmkarı Əhməd Davudoğlunun dəvəti əsasında İstanbula gedib.
M.C.Zərif səfər çərçivəsində Türkiyənin bir sıra rəsmiləri ilə görüşəcək. Görüşlərdə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olacaq. Belə ki, görüşlərdə əsasən Suriya və İraqda baş verən son hadisələr, Suriya probleminin siyasi yolla həlli məsələsi, İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri ətrafında fikir mübadiləsi aparılacaq.