İranın nüvə obyektindəki partlayışa ABŞ inanmadı
29 yanvar 2013 00:16 (UTC +04:00)

İranın nüvə obyektindəki partlayışa ABŞ inanmadı

İranın «Fordo» nüvə obyektində partlayışın baş verməsi haqqında dünya KİV-də yayılmış məlumatı ABŞ gerçək saymır.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, bu haqda Ağ evin rəsmi təmsilçisi Cey Karni açıqlama verib.

 

Xatırladaq ki, «WorldNetDaily» («WND») İran xüsusi xidmət orqanının keçmiş əməkdaşı Həmidrza Zakiriyə istinadən adı çəkilən nüvə müəssisəsində partlayış baş verdiyi və

240-a yaxın insanın orada yeraltında qaldığına dair xəbər yaymışdı. Sayt partlayışın yerli vaxtla 11.30-da (Bakı vaxtı ilə 12.00-da) 100 metr dərinlikdə baş verdiyini də bildirmişdi.

 

«Biz hesab edirik ki, bu xəbərə inandırıcı deyil»-deyə, Karni yanvarın 28-də keçirdiyi brifinqdə bildirib.

 

Bir müddət öncə İran Atom Enerji Təşkilatı sədrinin müavini Seyid Şəmsəddin Bardrudi də bu xəbəri təkzib edərək, «Fordo»da partlayışın olmadığını bəyan etmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 863
avatar

Oxşar yazılar