Pakistanın şimali-qərbində, Peşavər şəhərində İran konsulluğunun binası qarşısında minalanmış avtomobil partladılıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Pakistanda çıxan «Don» qəzeti bildirib ki, diplomatik nümayəndəliyin iki gözətçisi partlayışın qurbanı olub, ona yaxın insan yaralanıb.
Mənbə məlumatına əsasən, avtomobil terrorçu-intiharçı tərəfindən partladılıb.
Partlayışın ardınca atışma baş verib.
Hücuma görə məsuliyyəti «Təhrik-i-Taliban Pakistan» qruplaşması öz üzərinə götürüb.