İrandan ziyarətçi gətirən avtobuslar partladıldı: 19 ölü
30 dekabr 2012 13:33 (UTC +04:00)

İrandan ziyarətçi gətirən avtobuslar partladıldı: 19 ölü

Bu gün İrandan Pakistana qayıdan ziyarətçilərin olduğu iki avtobus partladılıb.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxs Pakistanın Bəlucistan əyalətindəki Kvett şəhərində ziyarətçilərin olduğu iki avtobusun yolu üzərində partlayıcı qurğu yerləşdirib.

 

Partlayıcı qurğu motosikletin üzərində qurulub və məsafədən idarə edilib. Partlayış nəticəsində 19 nəfər ölüb, 25 nəfər yaralanıb. Hələ ki, partlayışa görə məsuliyyəti heç kim üzərinə götürməyi. Pakistan hökuməti partlayışı “Taliban” hərəkatının törətdiyi qənaətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1581

Oxşar yazılar