İranın hüquq-mühafizə orqanları Bəndər Abbas şəhərində instaqram sosial şəbəkəsinin 46 aktiv üzvünü həbs edib.
Lent.az cnnturk.com-a istinadən bildirir ki, 46 instaqram istifadəçisi “qeyri-etik və uyğun olmayan şəkil və videolar paylaşdığı üçün dərmir barmaqlıqlar arasına göndərilib. Həbs edilənlərdən 8-nin qadındır.
Həbs edilənlərin böyük əksəriyyəti fotoqraf və gözəllik salonunda çalışan stilist olduğu bildirilir.