İranda həftədə 12 nəfər edam edilir
22 fevral 2014 07:43 (UTC +04:00)

İranda həftədə 12 nəfər edam edilir

BMT İrandakı edam hökmlərinin sayının artmasından rahatsızdır.

 

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, qurumun İnsan Haqları Ali Komissarlığının sözçüsü Ravina Şamdasani BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında deyib ki, bu ilin əvvəlindən İranda edam cəzalarının sayı artıb.

 

Onun sözlərinə görə, son 7 həftədə ən azı 80 nəfər edam olunub. Sözçü əlavə edib ki, bəzi mənbələrin məlumatına görə, onların sayı 95-dir.

 

BMT təmsilçisi bəzi adamların gizlicə edam edildiyini söyləyib: «Bu il 7 nəfər insanların gözü qarşısında edam olunub».

 

Şamdasani deyib ki, 2013-cü ildə İranda 500 nəfər edam olunub, onların 57-si kütlənin gözü qarşısında həyata keçirilib. Onun məlumatına əsasən, bəzi mənbələr ötən il 625 nəfərin dar ağacından asıldığını bildirib.

 

BMT təmsilçisi daha sonra deyib: «Hakimiyyəti edamları dayandırmağa və moratorium elan etməyə çağırırıq».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1148
avatar

Oxşar yazılar