İranın Xuzistan vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, qəza İranın Xuzistan vilayətinin Salehşəhr şəhərinin yaxınlığında, Qotvənd-Şuştər yolunda olub.
Mikroavtobusla treylerin toqquşması nəticəsində 10 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralılar Dezful, Qotvənd və Şuştər şəhərlərindəki xəstəxanalara qaldırılıb. Mikroavtobusdakı sərnişinlərin hamısının şagirdlər olduğu bildirilir.